Azərbaycan millisinin keçmiş baş məşqçisi yeni vəzifəyə təyin olunub

19 yaşadək (U-19) futzalçılardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Ağatahir Əzimov yeni vəzifəyə təyin olunub.

Komanda.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis bundan sonra seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərəcək.

Son 4 ildə U-19-a rəhbərlik etmiş Əzimov gənc və perspektivli futzalçıların U-19-a və əsas milliyə qazandırılması istiqamətində işlər görəcək.

U-19 millisi Ağatahir Əzimovun rəhbərliyi altında 3 dəfə Avropa çempionatının əsas mərhələsində iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button