Azərbaycan millisinin İsveçrə ilə oyununun hakimləri bilindi
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Tyun şəhərində, “Tyun Arena”da keçiriləcək İsveçrə – Azərbaycan oyununun hakimləri açıqlanıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kaspar Syöberq olacaq. Ona Peter Maqnusson və Maks Robin Vild kömək edəcək. Dördüncü hakim funksiyasını isə Viktor Volf yerinə yetirəcək.
Noyabrın 12-də keçiriləcək İsveçrə U-21 – Azərbaycan U-21 matçı saat 22:00-da start götürəcək.
Azərbaycan millisi 2-ci qrupda Fransa, İsveçrə, Gürcüstan, Lixtenşteyn və Slovakiya ilə mübarizə aparır. Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv 9 oyundan sonra 6 xalla 5-ci sıradadır.
Bizi Facebook-da izləyin