
Azərbaycan millisinin İslamiadadakı oyunlarının vaxtı bilindi
Azərbaycanın qadınlardan ibarət həndbol millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarındakı oyunlarının vaxtı müəyyənləşib.
Bu barədə Komanda.az-a Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.
B qrupunda yer alan komanda ilk oyununu noyabrın 13-də Qətər yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
Milli noyabrın 15-də Özbəkistanla üz-üzə gələcək. Bu görüş eyni vaxtda start götürəcək.
Son qarşılaşma isə noyabrın 17-də, saat 15:00-da Qazaxıstan millisi ilə oynanılacaq. Bütün matçlar “Green Hall” Olimpiya Kompleksində baş tutacaq.
İslamiada noyabrın 21-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



