Azərbaycan millisinin İrlandiya və Serbiya ilə oyunlar üçün HEYƏTİ
Futbol üzrə Azərbaycan milli komandasının İrlandiya və Serbiya yığmaları ilə keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunları üçün heyəti açıqlanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi 26 futbolçuya dəvət göndərib:
Qapıçılar: Aydın Bayramov (Sumqayıt), Emil Balayev (Qarabağ), Şahrudin Məhəmmədəliyev (Qarabağ);
Müdafiəçilər: Maksim Medvedev (Qarabağ), Bəhlul Mustafazadə (Qarabağ), Azər Salahlı (Keşlə), Mert Çelik (Neftçi), Höccət Haqqverdi (Sumqayıt), Bəxtiyar Həsənalızadə (Sabah), Tellur Mütəllimov (Sumqayıt), Abbas Hüseynov (Qarabağ), Anton Krivotsyuk (“Visla”, Polşa);
Yarımmüdafiəçilər: Toral Bayramov (Qarabağ), Rövlan Muradov (Qəbələ), Qara Qarayev (Qarabağ), Anatoli Nuriyev (“Kolos”, Ukrayna), Filip Ozobiç (Qarabağ), Vüqar Mustafayev (Sumqayıt), Emin Mahmudov (Neftçi), Rəhim Sadıxov (Sumqayıt), Murad Xaçayev (Sumqayıt);
Hücumçular: Namik Ələskərov (“Bursaspor”, Türkiyə), Renat Dadaşov (“Tondela”, Portuqaliya), Ramil Şeydayev (Qarabağ), Mahir Emreli (“Legiya”, Polşa), Araz Abdullayev (“Etnikos”, Kipr).
Bizi Facebook-da izləyin