Azərbaycan millisinin hücumçusu rəqibinin burnunu qırdı FOTO

Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 33-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb. Dadaşovun komandası “Münhen 1860” ilə qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb – 1:0. Rüfət də bu görüşün iştirakçısı olub. O, 30-cu dəqiqədə komandasının yeganə qoluna imza atıb.

Sözügedən qarşılaşmada Rüfət qolla yanaşı, həm də sərt müdaxiləsi ilə yadda qalıb. O, matçın 76-cı dəqiqəsində top uğrunda mübarizə zamanı dirsəyi ilə rəqib komandanın üzvü Simon Lorentsə zərbə endirdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb. Tibbi müayinədən keçən Lorentsin burun sümüyündə qırıq aşkarlanıb.

“Proyssen” 33 turdan sonra 45 xalla 7-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button