Azərbaycan millisinin hazırlıq planı açıqlandı

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin hazırlıq planı müəyyənləşib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, millimiz martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq. Həmin gün nahardan sonra Zaqrebə yollanacaq milli, Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də 8-ci km stadionunda Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlayacaq.

Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button