“Azərbaycan millisinin güclü tərəflərini yaxşı bilirik”
“Azərbaycanın Monqolustanla oyununa tam baxmamışam. Bəzi epizodları izləmişəm. Azərbaycan dominant oyun sərgilədi. Kifayət qədər şansları var idi və layiqli qələbə qazandılar. Əminəm ki, bu turnir qarşıdan gələn Millətlər Liqası öncəsi bizə kömək olacaq. Azərbaycanın güclü tərəflərini yaxşı bilirik”.
Komanda.az xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi İlyan iliyev “FIFA series – Edition 2024” layihəsi çərçivəsində sabah Azərbaycana qarşı keçiriləcək oyun üçün təşkil olunmuş mətbuat konfransında deyib.
Həm də “Çerno More”nin baş məşqçisi olan mütəxəssis Bolqarsıtanən “Arda” klubunda çıxış edən Azərbaycan millisinin üzvü olan Cəlal Hüseynovu tanıdığını bildirib: “Bəli, bu futbolçunu yaxşı tanıyıram. Yaxşı keyfiyyətə malik, istedadlı futbolçudur”.
O, vaxtı ilə rəhbərliyi altında oynamış “Qarabağ”ın futbolçusu Leandro Andrade ilə Bakıda görüşdüyünü qeyd edib: “Bəli, Leandro ilə görüşmüşəm. Patrik isə Kabo-Verde millisinin heyətindədir deyə, onunla görüşmək imkanımız olmadı”.
Bolqarıstan millisi son görüşlərdə Macarıstan və Serbiya ilə 2:2 oynayıb, Tanzaniyanı isə 1:0 məğlub edib. Azərbaycana məğlubiyyət Bolqarıstanda tənqidlərə yol açacaq? İ.İliyev sualı belə cavablandırıb: “Həmin oyunlardakı nəticələrə görə müsbət məqamlar əldə etdik. Tanzaniya ilə matçda da müsbət məqamlar var idi. Tənqid məsələsinə gəlincə, bundan əmin ola bilmərik. Fikirlər tək nəticə üzərindən yürüdülmür. Biz bu haqda düşünmək istəmirik. Sabahkı oyunda qələbəyə köklənmişik”.
Baş məşqçi Azərbaycandakı təşkilatçılığın yaxşı olduğunu da qeyd edib: “İndiyə kimi təşkilatçılıq mükəmməldir. Bu yarışa qatılmaq şərtlərimizdən biri o idi ki, hər şey yüksək və peşakar səviyyədədir”.
Bizi Facebook-da izləyin