Azərbaycan millisinin futbolçusu sabiq komandasına qol vurdu

Futbol üzrə Ukrayna Premyer Liqasında 3-cü turdan təxirə salınmış bir oyun baş tutub.

Komanda.az xəbər verir ki, günün yeganə matçında azərbaycanlı futbolçuların komandaları qarşılaşıb.

Belə ki, Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” Anatoli Nuriyevli “Kolos”u qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Rüstəmlə Eldar bu oyuna start heyətdə başlayıblar. Lakin Əhmədzadə 82-ci dəqiqədə əvəzlənib. Nuriyev isə oyuna fasilədən sonra, 46-cı dəqiqədə daxil olub. Qonaq komandanın bərabərlik qoluna da məhz Nuriyev imza atıb. Millimizin yarımmüdafiəçisi 90-cı dəqiqədə cərimə zərbəsindən fərqlənərək, sabiq klubunun qələbə qazanmasına mane olub.

Bu heç-heçədən sonra 15 xalı olan “Kolos” 10-cu, 10 xalı olan “Minay” isə 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button