
Azərbaycan millisinin futbolçusu Rusiyada növbəti dəfə rəmzi komandaya seçildi
Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında sonuncu – 26-cı turun rəmzi komandasına seçilib.
Komanda.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.
“Zenit”in formasını geyinən müdafiəçi ÇSKA ilə matçdan (0:1) sonra fərqləndirilib.
O, Moskva təmsilçisi ilə görüşdə start heyətində meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
“Zenit” 2025/2026 mövsümünü 52 xalla 3-cü pillədə başa vurub. Müdafiəçi, daha əvvəl 10, 13 və 17-ci turlarda da həftənin rəmzi “11-liy”ində yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



