Azərbaycan millisinin futbolçusu Niderlandda klubunu dəyişdi

Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçü Niderlandda klubunu dəyişib.

Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi səviyyəcə ikinci sayılan Erstedivizion təmsilçisi “Eyndhoven”ə transfer olunub.

Ozan yeni klubu ilə 2 illik müqavilə bağlayıb. Onun son klubu elə bu liqada çıxış edən “Telstar” olub.

Ozan Can Kökçü əvvəllər Azərbaycanda “Sabah” komandasının, eləcə də U-20 və U-21 yığmalarının formasını geyinib. O, “Girəsunspor” və “Valveyk”in də uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button