
Azərbaycan millisinin futbolçusu meydandan qovuldu, komandası uduzdu
Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk “Tedjon Xana Sitizen”in heyətində Cənubi Koreya çempionatının 6-cı turunun oyununda qırmızı vərəqə alıb.
Komanda.az xəbər verir ki, futbolçu “Suvon”la səfər matçında meydandan qovulub.
Start heyətində meydana çıxan 25 yaşlı müdafiəçi 76-cı dəqiqədə, hesab 3:3 olarkən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan sonra iki qol buraxan “Tedjon Xana Sitizen” 3:5 hesabı ilə məğlub olub.
Krivotsyukun komanda hazırda 11 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin