Azərbaycan millisinin futbolçusu Cənubi Koreya klubunda

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) klubundan ayrılıb.

Komanda.az Polşa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi karyerasını Cənubi Koreyada davam etdirəcək.

Krivotsyuk “Tecon Xana Sitizen”in formasını geyinəcək. Daha əvvəl Asiya klubunun Anton üçün “Visla”ya 600 000 avro ödəyəcəyi bildirilmişdi.

Krivotsyuk 2021-ci ilin yayında “Neftçi”dən “Visla”ya 70 000 avro qarşılığında keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button