
Azərbaycan millisinin daha iki oyununun stadionu müəyyənləşib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi daha iki oyununun stadionu müəyyənləşib.
Komanda.az xəbər verir ki, U-21 oktyabrda Şimali İrlandiya və Lüksemburq komandalarını “Dalğa Arena”da qəbul edəcək.
Oyunlar müvafiq olaraq oktyabrın 12-də və 17-də baş tutacaq.
Azərbaycanın gənclər yığması qrup mərhələsinin ilk turunda Serbiyanın qonağı olacaq. Bu görüş sentyabrın 12-də Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərindəki İdman Mərkəzində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin