Azərbaycan millisinin 2 keçmiş futbolçusu karyerasını başa vurdu
Azərbaycan millisinin keçmiş iki futbolçusu – Rail Məlikov (36 yaş) və Ruslan Əmircanov (37 yaş) futbolçu karyeralarını başa vurublar.
Komanda.az xəbər verir ki, “Şamaxı”nın (keçmiş “Keşlə”) oyunçuları komandalarının Premyer Liqanın 22-ci turunun “Neftçi” ilə Şamaxıda keçirilən oyunundan əvvəl futbolla vidalaşıblar.
“Şamaxı” klubunun rəhbəri Zaur Axundov oyundan əvvəl hər iki futbolçuya xatirə formaları hədiyyə edib.
Məlikov və Əmircanov bir müddətdir məşqçilikdə B kateqoriyası üzrə kurslarda oxuyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin