Rəsmi: Azərbaycan millisini istəmədi, Kolumbiyaya getdi

Bir müddət əvvəl İran millisində baş məşqçi postundan göndərilən Karluş Keyruşun yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Kolumbiya yığmasının “sükanı arxasına” gətirilib. Bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

DÇ-2018-dən sonra Xose Pekerman Kolumbiya millisinin baş məşqçi postundan göndərilmişdi.

Məşqçi karyerası ərzində “Real”, “Mançester Yunayted” kimi klublarda çalışan Keyruşun son iş yeri İran millisi olub. 2011-ci ildən İran yığmasına rəhbərlik edən 65 yaşlı mütəxəssis, 2019-Asiya kubokundan sonra millidəki vəzifəsindən istefa vermişdi.

AFFA-nın Keyruşa Azərbaycan millisinin baş məşqçi postunda işləmək üçün təklif göndərdiyi, lakin portuqaliyalı mütəxəssisin federasiyaya rədd cavabı verdiyi iddia edilir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button