
Azərbaycan millisindən Malta ilə heç-heçə
Valletta şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Komanda.az xəbər verir ki, Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Yığmamızın qollarını Rüfət Abdullazadə və Turan Vəlizadə vurub.
Bu komandalar arasında növbəti oyun sentyabrın 7-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin