
Azərbaycan millisindən BƏƏ ilə növbəti heç-heçə
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışını başa vurub.
Komanda.az xəbər verir ki, komandamız bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb. Millimizin heyətində Elgün Arazlı fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyun da heç-heçə nəticələnmişdi – 1:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin