Azərbaycan millisindən Avropa çempionatında ikinci qələbə
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ikinci qələbəsini qazanıb.
Komanda.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu yığma Gürcüstan komandasını üstələyib.
Cəbəllütariqdə baş tutan qarşılaşma millimizin 97:40 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk oyunda Ermənistan millisini 86:59 hesabı ilə məğlub edən U-16 növbəti görüşünü iyulun 11-də Kiprə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin