
Azərbaycan millisindən ardıcıl iki qələbə
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində ardıcıl iki qələbə qazanıb.
Komanda.az xəbər verir ki, yığma seçmə mərhələnin A qrupunda ilk olaraq “Tsukuba” (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib. Milli ardınca İsveçrə təmsilçisi “Lozanna”ya şans verməyib – 21:11.
Beləliklə, komanda əsas mərhələnin C qrupunda Ukrayna və Sinqapurla üz-üzə gələcək. Oyunlar sabah keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



