“Azərbaycan millisində oynamadığım üçün peşman deyiləm”
“Azərbaycan millisində oynamaq təklifini qəbul etmədim. Buna görə peşman deyiləm. Çünki Türkiyə yığmasında çıxış etmək istəyirəm”.
Komanda.az xəbər verir ki, bunu son olaraq Türkiyənin “Ankaragücü” klubunda çıxış etmiş Hasan Hüseyin Acar yerli mətbuata açıqlamasında deyib.
28 yaşlı yarımmüdafiəçi 2018-2020-ci illərdə “Kayserispor”da oynadığı dönəmdə Azərbaycan millisindən dəvət aldığını xatırladıb:
“Gözləmədiyim anda təklif gəldi. Həmin vaxt Kayseridə təlim-məşq toplanışında idim. Yığmanın sabiq baş məşqçisi Şenol Günəş də oraya gəlmişdi. Söhbət zamanı məni hər an milliyə çağıra biləcəyini söylədi. Mən də Azərbaycandan gələn təklifi qəbul etmədim”.
Xatırladaq ki, Hasan Hüseyin Acar Türkiyənin U-20 millisinin formasını geyinib.
Bizi Facebook-da izləyin