Azərbaycan millisində itki – 4 həftəlik sıradan çıxdı

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan və iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Alkorkon”un son matçında zədələnən və həkim müayinəsinin nəticəsinə əsasən, 4 həftə oynamayacaq Eddi İsrafilov millinin toplanışında iştirak edə bilməyəcək.

Komandaya əlavə futbolçu dəvət olunmyacaq və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button