Azərbaycan millisinə qalib gəlməklə tarix yazdılar
Futbol üzrə Lüksemburq yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri səfər matçında iki rekorda imza atıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda 3:1 hesablı qələbə sayəsində H qrupunda xallarının sayını 9-a çatdırıb.
Bununla da “cırtdanlar” dünya çempionatlarının seçmə mərhələlərində xal rekordunu yeniləyib. Lüksemburq yığması DÇ-2014 və DÇ-2018-in seçmə mərhələsini 6 xalla başa vurub. Hər iki tsikldə indikinə nisbətən daha az qol vurulub. Komanda 2014-cü il mundialından əvvəl seçmə oyunlarda 7, növbətisində isə 8 dəfə fərqlənib. Lüksemburq millisi DÇ-2022-nin seçmə mərhələsində rəqib qapılarından 8-ci top keçirməklə DÇ-2018 rekordunu təkrarlayıb.
Lüksemburq yığması xal və qol rekordunu yeniləyə də bilər. Bunun üçün noyabrın 14-də İrlandiya ilə ev matçında həm qol vurmaq, həm də uduzmamaq lazımdır.
Bizi Facebook-da izləyin