
Azərbaycan millisi yoxlama oyununda məğlub olub
Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirən 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi hazırlıq oyunu keçirib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, yığma Gürcüstanın U-18 millisi ilə üz-üzə gəlib.
Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik ediyi komanda rəqibinə 67:73 hesabı ilə uduzub
Milli komanda təlim-məşq toplanışında daha bir neçə yoxlama oyunu keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin