Azərbaycan millisi yenə məğlub oldu

Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştrak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşan U-17 yığması 0:2 hesabı ilə məğlub olub.

Turnirdə 7 və 8-ci yerlər uğrunda oyunlar fevralın 24-də keçiriləcək. Milli daha əvvəl Rusiyanın U-17 (0:1) və Belarusun (0:2) U-18 komandasına uduzub.

Azərbaycan millisi digər qrupda 4-cü yeri tutan komanda ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button