Azərbaycan millisi Türkmənistanla qarşılaşacaq
Bu gün Bakıda təlim-məşq toplanışına start verəcək futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.
Azərbaycan Futzal Federasiyasından Komanda.az-a verilən məlumata görə, yığma avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistan seçməsi ilə üz-üzə gələcək. Hər iki qarşılaşma saat 18:00-da start götürəcək.
Baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə daha çox milliyə namizəd oyunçuları dəvət edib:
Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov (“Araz-Naxçıvan”), Zaur Sultanov (U-19);
Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı “Neftçi” İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə (“Baku Fire”).
Təlim-məşq toplanışı avqustun 20-də başa çatacaq.
Bizi Facebook-da izləyin