
Azərbaycan millisi Türkiyə yığmasına ilk oyunda məğlub oldu
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, komandamız Türkiyənin müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşıb.
Oyun 3:0 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatıb.
Bu komandalar arasında növbəti oyun sentyabrın 17-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin