Azərbaycan millisi türkə tapşırılır? – Baş katibdən açıqlama

Türkiyə mətbuatı son olaraq “Osmanlıspor”u çalışdıran Mustafa Reşit Akçayın Azərbaycan millisinə baş məşqçi təyin olunacağını iddia edib.

Komanda.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.

Xəbərdə, Akçayın Azərbaycan milli komandasına rəhbərlik etmək üçün AFFA ilə razılaşdığı bildirilib.

60 yaşlı mütəxəssis karyerası ərzində “Gümüşhanespor”, “Pazarspor”, “Arsinspor”, “Ofspor”, “Beylerbeyi”, “Tavşanlı”, “1461 Trabzonspor”, “Trabzonspor”, “Akhisar” və “Konyaspor” kimi komandalarda çalışıb.

AFFA-nın baş katibi Elxan Məmmədov “Report”a açıqlamasında isə Akçayla bağlı çıxan xəbərləri təkzib edib:

“Onunla nəinki anlaşmışıq, heç danışıq da aparmamışıq. Hətta belə bir şəxs bizə təklif olunmayıb. Bu, müxtəlif agentlər tərəfindən ortaya atılmış spekulyasiyalardır”.

Azərbaycan millisinə son olaraq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov rəhbərlik edib. AFFA bir müddət əvvəl Qurbanovu istefaya göndərib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button