Azərbaycan millisi son oyunda da uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisi üçüncü matçında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

ABFF Təlim-Məşq Mərkəzində baş tutan görüş Türkiyə yığmasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-17 ilk iki matçında Belarus (1:3) və Qazaxıstan (2:2, penaltilərlə 1:4) komandalarına məğlub olub. Türkiyə millisi isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığması üzərində qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button