Azərbaycan millisi Qətərə 4 güləşçi ilə yollanır

Oktyabrın 14-15-də Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarış keçiriləcək.

Komanda.az xəbər verir ki, oyunlarda ölkəmizi Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək.

Güləşçilərimiz sınaqçı rəqiblərlə birgə məşqçi Nazim Əlicanovun rəhbərliyi altında çimərlik oyunları arenasında məşqləri davam etdirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button