Azərbaycan millisi Polşaya yenə böyük hesabla uduzdu
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, milli komanda Varşavada saat 19:00-da Polşa yığması ilə qarşılaşıb. Sloveniyalı hakimlər briqadasının idarə etdiyi oyun komandamızın məğlubiyyəti ilə başa çatıb.
Adıçəkilən yığmalar arasında bu ilin martın 25-də ASK Arena”dakı görüş də rəqibin 5:0 hesabıyla qələbəsiylə nəticələnmişdi.
Xalsız və qrup autsayderi olan millimizin növbəti matçı 4 gün sonra – oktyabrın 27-də səfərdə Çexiya yığmasına qarşı olacaq
Futbol üzrə Avropa çempionatı, qadınlar
23 oktyabr
Polşa – Azərbaycan 3:0
Qol: Malqorzata Mesyas, 41. Veronika Zavistovska, 47; 65.
Baş hakim: Tanya Subotiç
Baş hakimin köməkçiləri: Helena Buh, Sladyana Yoviçiç
Dördüncü hakim: Aleksandra Çesen (hamısı Sloveniya)
Azərbaycan: 1. Aytac Şərifova (k), 3. Jalə Məhsimova, 4. Nigar Mirzəliyeva, 7. Vüsalə Hacıyeva, 10. Kristina Bakarandze, 13. Nərgiz Hacıyeva, 15. Kamilla Məmmədova, 17. Vüsalə Seyfəddinova, 18. Alina Dorofeyeva, 21. Aysun Əliyeva (19. Sona Rəhimova, 70), 23. Yeliz Acar.
Ehtiyat oyunçular: 12. Elvira Əskərzadə, 22. Nərgiz Əliyeva, 5. Ayşən Əhmədova, 6. Rövşanə Sərdarlı, 8. Nisrina Zerioul, 11. Nəslihan Bozkaya, 14. Coşqunə Əliyeva, 20. Roza Quliyeva.
Baş məşqçi: Siyasət Əsgərov.
Bizi Facebook-da izləyin