
Azərbaycan millisi Özbəkistan yığmasına uduzdu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxıb.
Komanda.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda Özbəkistan yığması ilə qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
B qrupunu 6 xalla ikinci pillədə başa vuran milli komanda Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstan (2:1) seçmələrinə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin