Azərbaycan millisi Küveytə qalib gəldi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Küveyt yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.
Komanda.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki meydançada baş tutan oyun Azərbaycan yığmasının 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Millinin heyətində Orxan Məmmədov (2), Amid Nəzərov (2), Fuad Hüseynov və Ruslan Voronsov fərqlənib.
Bu komandalar arasında sonuncu oyun mayın 11-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin