Azərbaycan millisi İspaniyaya uduzsa da, Superfinala vəsiqə qazandı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub.
Komanda.az xəbər verir ki, seçmə mərhələnin son oyununda İspaniya millisi ilə qarşılaşan komandamız 4:6 hesabı ilə məğlub olsa da, Superfinala vəsiqə qazanıb.
Millimizin heyətində Orxan Məmmədov, Sabir Allahquliyev, Emin Mehdiyev və Comərd Baxşəliyev fərqlənib.
Superfinal 6-11 sentyabr tarixlərində İtaliyanın Alghero şəhərində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan yığması seçmə mərhələnin ilk turunda İtaliyaya 3:7 hesabıyla uduzsa da, növbəti turda Almaniyaya 6:5 qalib gəlmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin