
Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi aprelin 22-dən 28-dək Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.
İlham Yadullayevin baş məşqçisi olduğu komanda aprelin 23-də Belarus, 25-də Özbəkistan, 28-də isə Tacikistanla üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin