Azərbaycan millisi “İmişli” ilə qarşılaşdı

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, yığma 1-ci liqa təmsilçisi “İmişli” ilə üz-üzə gəlib.

“Dalğa Arena”da baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millinin heyətində 53-cü dəqiqədə Niyazi Osmanov fərqlənib.

Komanda daha əvvəl “Qaradağ Lökbatan”a 0:1 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button