Azərbaycan millisi ilk oyunda darmadağına üzüldü
19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
Komanda.az xəbər verir ki, milli komanda Xorvatiyada keçirilən qrup oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 20:00-da başlayan matç Azərbaycan futzalçıları üçün uğursuz bitib. Xorvatlar bu görüşdə darmadağına seviniblər. Azərbaycan yığmasının yeganə qolunu ikinci hissədə Nazim Rəhimov vurub.
Avropa çempionatı, futzal
17 mart
Azərbaycan – Xorvatiya 1:6
Karlovac. Mladost Arena. Saat 20:00
Azərbaycan: 12. Azər Fərmanov, 2. Novruz Kazıxanov, 4. Nazim Rəhimov, 5. Nurlan Məmmədov, 7. Xəzər Ağalızadə, 1. Zaur Sultanov, 3. Fariz Mehralıyev, 6. Mirzə Əmirov, 8. Mikayıl Qiyasov, 10. Şaiq Vəlizadə, 11. Məhəmməd Abbasov, 13. Fuad Məmmədzadə (k).
Baş məşqçi: Ağatahir Əzimov.
Xorvatiya: 1. Mate Vrdolyak, 6. Lovro Cigler, 9. Dominik Çiçiç, 10. Romeo Suşac (k), 13. Filip Yosipoviç, 12. İvan Vukosav, 4. Toni Borçiç, 5. Duye Dragiçeviç, 7. Domaqoy Durkoviç, 8. Danis Hrqota, 11. Yosip Qovorko, 14. Qabriyel Lasiç.
Baş məşqçi: Duye Maretiç.
Bizi Facebook-da izləyin