“Azərbaycan millisi ilə oyunu səbirsizliklə gözləyirik”

Moldova millisinin yarımmüdafiəçisi Viktor Stıne Azərbaycan və Rumıniya yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 24 yaşlı futbolçu federasiyanın rəsmi saytına müsahibəsində bunları söyləyib:

“Azərbaycan və Rumıniya ilə oyunları səbirsizliklə gözləyirik. Bu qarşılaşmalarda yaxşı oynamağa çalışacağıq. Təbii ki, nəticə qazanmaq da bizim üçün vacibdir”.

Xatırladaq ki, noyabrın 16-da Azərbaycan millisi ilə qarşılaşacaq Moldova seçməsi, 4 gün sonra Rumıniya ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button