“Azərbaycan millisi ilə oyunda eksperiment aparmayacağıq”
Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyunla bağlı planlarından söz açıb.
Komanda.az xəbər verir ki, bu gün qrup mərhələsinin 5-ci turunda Belarusa 2:1 hesabı ilə qalib gələn qazaxların Rusiyadan olan çalışdırıcısı matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Belə emosional qarşılaşmalardan sonra heyətə əl gəzdirmək lazımdır. Başqa çarə yoxdur, çünki oynayan futbolçular yorulacaqlar. Amma qrupdakı son oyunda eksperiment aparmayacağıq”.
Sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Qazaxıstan oyununa saat 20:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin