“Azərbaycan millisi ilə oyunda daha çox topa sahib olacağıq” – Avstriyalı futbolçu
Avstriya millisinin futbolçusu Qernot Trauner AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmalarına qarşı keçirəcəkləri oyunlardan əvvəl açıqlama verib.
Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Volksblatt” nəşrinə müsahibəsində hər iki matçda topa daha çox sahib olacaqlarını deyib:
“Hər iki oyunda rəqiblərimizdən daha çox topa sahib olacağıq. Amma bundan faydalanmaq da vacibdir. Bu qarşılaşmalarda qələbə qazanmaq yaxşı başlanğıc olar. AÇ-2024-ün final mərhələsinə yüksəlməyi hədəfləyirik”.
O, rəqiblərlə yaxından maraqlandıqlarını da bildirib:
“Biz rəqiblərimizin heyətlərinə baxmışıq. Məsələn, Azərbaycan millisindən Ozan Can Kökçü mənim “Feyenoord”dakı komanda yoldaşım Orkunun qardaşıdır”.
Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki oyun Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək.
Bizi Facebook-da izləyin