Azərbaycan millisi Hollandiyaya da böyük hesabla uduzdu

Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib.

Komanda.az xəbər verir ki, Ağatahir Əzimovun rəhbərlik etdiyi kollektiv  Hollandiya ilə qarşılaşıb. Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən qarşılaşma Azərbaycan yığmasının ardıcıl ikinci məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan yığması ilk görüşdə Kiprə 1:7 hesabı ilə uduzub. Hollandiya isə Sloveniyanı 5:4 hesabı ilə məğlub edib.

Futzal, Avropa çempionatının əsas mərhələsi
2-ci qrup

28 mart

Hollandiya – Azərbaycan 6:1
Qol
: K. Əsədli, 22:10 – K. Van Londen, 05:21, 10:16, F. Amheye, 21:03, M.Saber Ben Khalou, 23:36, 30:25, F. Hendriks, 39:40.
Hakimlər: Damian Yaruçyeviç (Polşa), Marko Tothenfluh (İsveçrə), Yuri Neverov (Rusiya).
Podçetrtek İdman Sarayı. Saat 19:30.

Hollandiya: 1. Youssef Ben Salem (q), 3. Fabian Hendriks, 6. Sabri Haruna Kabamba, 10. Mohamed Saber Ben Khalou, 11. Faikal Amheye, 12. Tom Sterkenburg (q), 2. Adnane El Terrahi, 4. Tim Taylor, 5. Kevin Van Londen, 7. Kolin Kamp (k), 8. Nabil Azzanagui, 9. Hamza Benali.
Baş məşqçi: Hyalmar Hoekema.
Azərbaycan: 1. Vladislav Reznov (q), 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 4. Turan Əhmədov, 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 17. Nicat Quluzadə.
Baş məşqçi: Ağatahir Əzimov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button