Azərbaycan millisi Gürcüstan yığmasına qalib gəldi
Həndbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir.
Komanda.az xəbər verir ki, hazırda Tiflisdə təlim-məşq toplanışında olan komandamız gürcüstanlı həmyaşıdları ilə yoxlama matçında qüvvəsini sınayıb.
Qarşılaşma həndbolçularımızın 31:15 hesablı qələbəsi ilə yekunlaşıb.
17 yaşadək qızların Avropa çempionatı avqustun 5-dən 13-dək Bakıda keçiriləcək. Millimiz A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin