Azərbaycan millisi dünya çempionatının növbəti mərhələsində
Rusiyanın paytaxtı Moskvada təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə oyunlarının 1/16 final mərhələsində Azərbaycan milli komandası bu gün Macarıstan yığması ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında Azərbaycan millisinin üzvləri daha dəqiq oynayıb və 3:1 hesabı ilə qalib gəlib. Oyun zamanı Sabir Allahquliyev dubl edib, digər qolu isə Comərd Baxşəliyev vurub.
Növbəti mərhələyə yüksələn Azərbaycan millisi Rusiya, İspaniya və İsveç yığması ilə bir qrupda mübarizə aparacaq. Oyunların təqvimi bugünkü qarşılaşmalar başa çatdıqdan sonra müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin