Ramil Şeydayev “5 sual, 5 cavab”da: “Varlı ilə kasıb arasındakı fərqi dəyişmək istərdim”
5 sual, 5 cavab
Bir neçə gün əvvəl Komanda.az saytında yeni rubrikaya – “5 sual, 5 cavab”a start vermişik.
Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayacağıq. Növbəti qonağımız Azərbaycan milli komandasının və “Sabah” klubunun hücumçusu Ramiş Şeydayevdir:
- Həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?
- Bəli, hazırda yaşadığım həyatı yaşamaq istərdim.
- Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?
- Varlı ilə kasıb arasındakı fərqi dəyişmək istərdim. Yoxsul ölkələrdə insanların yeməyə heç nəyinin olmadığını görmək çox qorxuncdur.
- Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda, bu söz özünü doğruldurmu, yoxsa statistika sizin futbolçu karyeranızı tam əks etdirir?
- Ferqyusonun sözlərini bəyənirəm. Möhtəşəm baş məşqçi idi. O, nə dediyini bilir.
- Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə azərbaycanlı futbolçu və məşqçilər xaricdə uğur qazana bilmir?
- Bu, çətin sualdır. Burada rol oynayan bir çox fərqli amillər var.
- Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
- Azərbaycan milli komandası DÇ və AÇ-yə vəsiqə qazana bilər. Heç bir şey mümkünsüz deyil. İslandiya milli komandasına baxa bilərik. O qədər kiçik bir ölkə oralara gedə bilirsə, biz də gedərik. Əsas olan inanmaqdır.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin