Azərbaycan millisi Avropa kubokuna 14 cüdoçu ilə yollandı
Sabah Avstriyada gənclər arasında cüdo üzrə Avropa kubokuna start veriləcək.
Komanda.az xəbər verir ki, Qras şəhərində baş tutacaq və ayın 5-də yekun vurulacaq turnirdə 37 ölkədən 513 idmançı mükafatlar uğrunda mübarizə aparacaq.
Azərbaycan bu turnirdə 14 cüdoçü ilə təmsil olunacaq. Ölkəmizi turnirdə gənclərdən ibarət milli komandanın baş məşqçisi Elxan Məmmədovun rəhbərlik etdiyi heyət təmsil edəcək.
Həmçinin, Azərbaycan Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimi Akif Tahirov turnirdə ədalət təmsilçiləri arasında yarışları idarə edəcək.
Yarışdan sonra, idmançılarımız 6-8 iyunda Qrasda təşkil olunacaq təlim-məşq toplanışına, 8-12 iyun tarixlərində isə Leybnits şəhərində keçiriləcək digər təlim-məşq toplanışına qatılacaqlar.
-60 kq
Nicat Şirinov
-66 kq
Qasım Vəlizadə
Aydın Rzayev
-73 kq
Çingiz Fəttahov
Vüsal Qələndərzadə
Qadir Hüseynov
-81 kq
Məhərrəm İmamverdiyev
Ömər Rəcəbli
İsmayıl Zamanov
-90 kq
Vüqar Talıbov
-100 kq
Ruslan Nəsirli
Rəsul Aydəmirov
+100 kq
Hüseyn Məmmədov
Kənan Nəsibov
Bizi Facebook-da izləyin