Azərbaycan millisi Avropa çempionatına Tiflisdə hazırlaşır

Həndbol üzrə U-17 Azərbaycan yığması Avropa çempionatına hazırlığı davam etdirir.

Komanda.az xəbər verir ki, avqustun 5-13-də Bakıda keçiriləcək yarışa hazırlaşan 17 yaşadək qızlardan ibarət yığmamız Tiflisdə təlim-məşq toplanışında iştirak edir.

15 həndbolçunun qatıldığı hazırlıq prosesinə baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasova rəhbərlik edir.

Yığma komandamızın təlim-məşq toplanışı iyulun 9-dək davam edəcək.

Milimiz A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.

B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button