
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Basketbol üzrə Azərbaycanın U-18 milli komandası Avropa çempionatına qələbə ilə başlayıb.
Basketbol Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, San Marinoda gənclər arasında təşkil olunmuş Avropa çempionatının “C” divizionunda B qrupunda U-18 komandası ilk görüşünə çıxıb. Lüksemburq millisi ilə qarşılaşan Azərbaycan yığması görüşdən 75:71 hesablı qələbə ilə ayrılıb.
Milli komandanın qrupdakı növbəti rəqibi Cəbəllüttariq komandası olacaq. Oyun sabah saat 19:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin