Azərbaycan millisi Avropa birinciliyində 11-ci olub

Azərbaycanın qız sablyaçılardan ibarət millisi Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyində çıxışını başa vurub.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, Fərəh Abasova, Leyla Əhmədova, Valentina Zeynalova və Züleyxa Sultanlıdan ibarət sablya üzrə kollektiv Avropa çempionatında 11-ci olub.

İlk görüşündə Ukrayna yığmasına 29:45 hesabı ilə uduzan sablyaçılar 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə İspaniyaya 45:42 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə polşalı rəqiblərinə 37:45 hesabı ilə məğlub olublar. Komanda 11-ci yer uğrunda keçirilən qarşılaşmada Bolqarıstan millisini 45:42 hesabı ilə üstələyib.

Vahab Fətullayev, Emin Səfərbəyov və Oruc Misirzadədən ibarət qılıncoynatmanın şpaqa növü üzrə komanda isə ilk görüşündə Avstriya yığmasına 34:45 hesabı ilə uduzaraq turniri 18-ci sırada başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button