Azərbaycan millisi 2 yoldaşlıq oyunu keçirəcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi oktyabrın 11-dən 13-dək Bakıda, 13-dən 17-dək isə Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışında olacaq.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma hazırlıq prosesində iki yoldaşlıq oyunu keçirəcək.
U-19 oktyabrın 14-də və 16-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
S. | ADI / SOYADI | KLUB |
1 | Xəyal Fərzullayev | Sumqayıt |
2 | Rəvan Mirzəmmədov | Sabah |
3 | Musa Məmmədov | Qarabağ |
4 | Zaman Zamanlı | Səbail |
5 | Raul Hacıyev | Rustavi (Gürcüstan) |
6 | Saleh Süleymanov | Cəbrayıl |
7 | Eşqin Əhmədov | Qəbələ |
8 | Ravil Qafarov | Qəbələ |
9 | Rüfət Abbasov | Neftçi |
10 | Arzu Atakişiyev | Kəpəz |
11 | Uğur Səfərov | Qarabağ |
12 | Fəxri Məmmədli | Sabah |
13 | Şahin Şahniyarov | Qəbələ |
14 | Murad Ələkbərov | Zirə |
15 | Edqar Adilxanov | Şamaxı |
16 | Adəm Topalov | Səbail |
17 | Murad Məmmədov | Neftçi |
18 | Ceyhun Hacıyev | Verl (Almaniya) |
19 | Nihat Mehrəliyev | Qarabağ |
20 | Əsəd Əsədli | Turan Tovuz |
21 | Sənan Ağalarov | Qəbələ |
22 | Sadiq Şəfiyev | Turan Tovuz |
23 | Xəyyam Məmmədli | Qəbələ |
Qeyd: Ceyhun Hacıyev oktyabrın 13-də Özbəkistanda komandaya qoşulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin