
Azərbaycan milliləri Avropa çempionatında iştirak edəcəklər
Çimərlik voleybolu üzrə Azərbaycan milliləri Avropa çempionatında iştirak edəcəklər.
Komanda.az xəbər verir ki, qızlardan və oğlanlardan ibarət yığmalar 18 yaşlıların (U-18) Avropa çempionatında güclərini sınayacaqlar.
Təmsilçilərimiz bu gün yarışın keçiriləcəyi Gürcüstanın Kaçreti şəhərinə yola düşüblər.
İyulun 10-dan 14-dək baş tutacaq yarışda ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.
Pğlanlar mübarizəyə əsas mərhələdən, qızlar isə təsnifat mərhələsindən qoşulacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin