“Azərbaycan əsgərlərinə dəstək olmaq istəyirdik” – “Qarabağ”ın kapitanı

Azərbaycan milli komandasının və “Qarabağ”ın kapitanı Maksim Medvedev “Reuters”ə açıqlama verib.

Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi, Avropa Liqasının pley-off mərhələsində “Legiya”nı (Polşa) məğlub etdikləri (3:0) oyundan sonra əsgər salamı vermələri haqda bunları deyib:

“Biz sadəcə belə bir çətin anda Azərbaycan xalqına və Azərbaycan əsgərlərinə dəstək olmaq istəyirdik.

İnşallah, gün gələcək “Qarabağ” klubu oyunlarını öz yurdunda keçirəcək. Oradakı oyunlara nə qədər insanın gəldiyinə və necə həvəsli olduqlarına inanmazdız. İnsanlar hasarların üzərinə çıxıb qalar, ya da sona qədər orada oturacaqdılar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button